Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


13.02.2025  10:25 

İlham Əliyevlə Paşinyan Münhendə görüşə BİLƏR





A+  A-

Sabah Almaniyada 61-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır.

XəzərNews.az xəbər verir ki, fevralın 14-də başlayan konfrans çərçivəsində 200-ə yaxın rəsmi tədbir keçiriləcək.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin açılış nitqindən sonra dünyanın müxtəlif regionlarından olan yüzlərlə lider dünyanın təhlükəsizlik siyasəti problemlərini müzakirə edəcəklər.

Konfrans çərçivəsində qlobal idarəetmə, demokratik davamlılıq, iqlim təhlükəsizliyi və bir çox başqa mövzular daxil olmaqla qlobal təhlükəsizlik çağırışlarına diqqət yetiriləcək, beynəlxalq asayişin vəziyyəti, eləcə də regional münaqişələr və böhranlar ətrafında müzakirələr aparılacaq.

Transatlantik tərəfdaşlığın gələcəyi də konfransın ikinci gününün diqqət mərkəzində olacaq. Bazar günü konfrans Avropanın dünyada roluna dair müzakirələrlə yekunlaşacaq.

Qeyd edək ki, konfransda Cənubi Qafqaz ölkələrinin liderlərinin də iştirak edəcəyi gözlənilir. Hər üç ölkənin lideri əvvəlki konfranslarda dəvət edilənlər arasında olub.

Bu il də Azərbaycan Prezindeti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin iştirak edəcəyi gözlənilir.

Konfrans zamanı Prezindet İlham Əliyev və Paşinyan arasında təmasların olacağı istisna edilmir.

Qeyd edək ki, ötən il keçirilən konfransda İlham Əliyev həm Almaniyanın Kansleri Şolts və Ermənistanın Baş naziri Paşinyanla üçtərəfli, həm də Paşinyanla ikitərəfli görüş keçirib.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib./modern.az

Xəbər 1229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +