Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.02.2020  15:54 

İsgənər Həmidovun vəziyyəti ağırdır





A+  A-

“Sabiq Daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti çox ağırdır”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a onun həkimi, tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. O qeyd edib ki, İsgəndər Həmidov dünəndən komadadır:

“Hazırda İsgəndər Həmidovun müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır”.

Qeyd edək ki, ötən gün vəziyyəti pisləşən İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib. Adil Qeybulla sabiq nazirə qoyulan son klinik diaqnozu özünün sosial şəbəkə hesabında paylaşıb:

“Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı”.

Xəbər 1739 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +