AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


04.06.2021  13:28 

Ermənistan Araz çayını çirkləndirir





A+  A-

AMEA akademik H.Əliyev adına H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov Azərbaycan Televiziyasının “Ekoetika” verilişinin çəkiliş qrupu ilə işğaldan azad olunmuş Arazboyu ərazilərdən başlayaraq Zəngilan və Cəbrayıl rayonlarına səfər edib.
İnstitutdan XəzərNews.az-a bildirilib ki, məqsəd 30 ilə yaxın müddətdə burada törədilən ekoterroru daha yaxından görmək, işğal dövründə Azərbaycan ərazisinə dəyən ziyanın miqyasını müəyyənləşdirmək olub. Müşahidəçilər alınmış təlimata uyğun olaraq, avtomobil yolundan kənara çıxmamaq şərti ilə təyin edilmiş marşrut üzrə hərəkət ediblər, bəzi yerlərdə maşından düşərək ətraf əraziləri müşahidə ediblər.

Yol boyu təəssüratlarını bölüşərkən ekoloji terror izlərinin hər yerdə müşahidə olunduğunu deyən alim Araz çayının ətraf ərazilərlə birgə vahid kompleks təşkil edən ekosistem olduğunu diqqətə çatdırıb. O bildirib ki, kompleksdə hər hansı bir dəyişiklik olduqda, bu özünü Araz çayında göstərir. Kiçik Qafqazın Cənub-Şərq yamacından axan çayların əksəriyyəti Azərbaycanın ikinci ən böyük çayı olan Araza tökülür və ermənilərin işğalı altında olan ərazilərdə baş verən hadisələrin təsiri bilavasitə çayda özünü göstərir. Dağ-mədən sənayesi tullantıları, törədilən yanğınlar, meşələrin kəsilməsi, bulaqların quruması, bundan əlavə, Ermənistandan axan çirklənmiş çaylar, eləcə də İrəvandan axan və şəhərin çirkabını özündə daşıyan Zəngi (Razdan) çayı Arazın vəziyyətini bir az da ağırlaşdırır.

M.İsmayılov Ermənistanın bu işdə məsuliyyət daşıması üçün ölkəni beynəlxalq səviyyədə uyğun konvensiyalara qoşulmağa məcbur etməyin vacibliyini diqqətə çatdırıb.

Xəbər 2036 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +