Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib
Polis 500 min manata yaxın pulu ələ keçirənləri saxladı


11.08.2020  15:43 

“Ermənistan bu problemin həlli üçün təşəbbüs göstərməyib” - Çavuşoğlu





A+  A-

“Prezidentlərimizin qoyduğu hədəfə uyğun olaraq ikitərəfli ticarət həcmimizi 15 milyard dollara çatdırmalıyıq”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə keçirdiyi ortaq mətbuat konfransında deyib.

“Digər görüşlərimizi mütəmadi keçirməliyik. Qəbul edilmiş qərarların icrasını da birlikdə izləyəcəyik.

Digər tərəfdən qarşılıqlı investisiyalar artır. Türkiyə və Azərbaycan Qafqazda sadəcə Qafqaz regionu üçün deyil, Asiyadan Londona qədər önəmli stratejik əhəmiyyətə malik layihələr həyata keçirib. Bakı-Tbilisi- Ceyhan və TANAP kimi!

Qardaş Türkmənistan, Qazaxıstan və Özbəkistanın da layihələrə daxil olması üçün səylərimizi davam etdirəcəyik”, - deyə M. Çavuşoğlu bildirib.

Türkiyəli nazir işğalçı Ermənistanın 12 iyul təxribatına da toxunub:

“12 iyulda Ermənistan qardaş Azərbaycana hücum edib. O gün Türkiyə Cümhuriyyəti olaraq dediklərimizi bu gün də deyirik. Biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq.

Qəhrəman şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik. Bu problemin səbəbi nədir? Ermənistan illərdir Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bu günə qədər verilən bütün qərarlara baxmayaraq, başqa sözlə, BMT və Avropa Şurası kimi qurumların qərarlarına baxmayaraq, Ermənistan bu problemi həll etmək üçün təşəbbüs göstərməyib. Bu hücumlarla, etibarlı tərəfdaş olmadığını bütün dünyaya göstərdi. Çox açıq qərarlar var. Bəs niyə bu qərarların verilməsinə baxmayaraq bu problem həll olunmadı? Bunun səbəbi beynəlxalq ictimaiyyətin, xüsusən Minsk üçlüyünün səmimi səy göstərməməsidir. Bu problemin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyət və xüsusilə Minsk üçlüyü səmimi səy göstərməlidir. Bu işləri diplomatiya ilə həll etmək lazımdır. Amma qardaş Azərbaycanın seçdiyi hər hansı bir həll yolu ilə dayanacağıq.

Bundan əlavə, hərbi təlimlərimiz 2014-cü ildən bəri davam edir. Bu, əməkdaşlığımızın ən üstün göstəricisidir. Görəcəyimiz çox iş var. Daha çox çalışacağıq”.



Xəbər 2434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib

27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +