AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


10.05.2019  14:01 

Məktəbli qızın intihar cəhdi ilə bağlı - Rəsmi açıqlama





A+  A-

Bir neçə gündür ki, sosial şəbəkələrdə 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin müəllimlərinin təzyiqinə dözməyərək intihara cəhd etməsi ilə bağlı yayılmış xəbər geniş müzakirə olunur. Bildirilir ki, hadisədən sonra sözügedən şagirdin Nigar və Bahar adlı müəllimlərinə Cinayət Məcəlləsinin “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.
XəzərNews.az-ın məlumatına görə, Bakı Şəhər Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb və məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb:

“109 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib. Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq psixoloji yardım göstərilib.

Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb”.

Xəbər 1655 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +