AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


09.05.2017  14:23 

Gəncədə güclü külək binaların dam örtüyünü uçurub





A+  A-

Gəncədə qəfildən başlayan güclü külək şəhər təsərrüfatına ciddi ziyan vurub.
XəzərNews.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində Atatürk prospektində beşmərtəbəli yaşayış binasının, Dədə Qorqud küçəsində daha iki yaşayış binasının dam örtüyü uçub.

Şəhərin Mahrasa bağı adlanan ərazisində külək nəticəsində qırılan ağac fərdi yaşayış evinin damını yararsız hala salıb. Ümumilikdə Gəncənin 4 müxtəlif yerində yaşı 40-dan çox olan çinar ağacları aşıb. Ağaclardan biri Heydər Əliyev prospektinə düşüb, yol bağlanıb, avtomobillərin hərəkəti məhdudlaşıdırılıb. Aidiyyəti qurum əməkdaşlarının müdaxiləsi ilə aşan ağac yoldan götürülüb, hərəkət bərpa olunub. Güclü külək Üzeyir Hacıbəyov prospektində dayanacağı da aşırıb, yolda bir istiqamətdə hərəkət məhdudlaşıb. Şəhər Fövqəladə Hallar Komissiyası dəymiş ziyanla bağlı araşdırma aparır.

Xəbər 1466 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +