AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


26.09.2024  16:09 

“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident





A+  A-

“İndi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək”.

Xəzərnews.az Medianews.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.

“Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 beş faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək.

Bu gün onu da biz müzakirə edəcəyik, baxarıq, bəlkə də bəzi borcları vaxtından əvvəl ödəmək də faydalı ola bilər. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik. Hər halda, bu məsələni müzakirə etmək üçün bu gün, əlbəttə ki, fikir mübadiləsi aparılacaq”, – deyə dövlət başçısı əlavə edib.

Xəbər 8086 dəfə oxunub.



28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +