Hikmət Hacıyev Londonda görüşlər keçirib
Azərbaycan Fransadan nə tələb edir?
Tusk Maska cavab verdi: Təkəbbürlük etmə
Natiq Həsənov aparat rəhbəri təyin edildi
“Vedi Construction”un külli miqdarda vergi borcu var
Müəllimlərə “hinduşkabaş” deyən direktordan xəbər var
Milli Məclis İsveç parlamentinin bəyanatını rədd etdi
III Çarlz Kanadanı müdafiə edəckmi?
USAID proqramlarının 83%-i rəsmən bağlandı – Rubio
İş adamı gecə qəzasında öldü


01.11.2021  11:57 

Ze! Molodyojka rəhbərliyi Bakıya dəvət olundu - Görüş





A+  A-

Ukrayna Azərbaycanlıları Radasının rəhbərliyi Ze! Molodyojka və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi rəhbərliyi ilə görüş keçirib.

Bu barədə məlumatı XezerNews.az-a Radadan bildiriblər.

Ukrayna Azərbqycanlıları Radasının həmsədri Oleq Krapivin gənclər siyasətinin önəmindən danışıb. “Ukraynada yaşayan azərbaycanlı gənclər beynəlxalq arenalarda Ukrayna bayrağını dalğalandırır”, - deyən UAR həmsədri gəncləri daha çox siyasi arenada görmək istədiklərini bildirib.

Diaspor rəhbəri Ukrayna rəhbərliyini gənclər siyasətinə önəm verməyə, xaricdə təhsil alan gənclərin Ukraynaya geri dönmələri üçün əlverişli şərait yaratmağa çağırıb.

ZE! Molodyojka lideri, millət vəkili Aleksandır Sançenko bildirib ki, müəllifi olduğu və Ali Rada tərəfindən qəbul olunan yeni qanun gənclər üçün əlavə prespektivlər vəd edir.

“Ukraynada gənclər siyasəti prezident Vladimir Zelenskinin hakimiyyəti dövründə yenidən qurulur. Bu istiqamətdə paytaxt Kiyevdə və regionlarda gənclər üçün mərkəzlərin qurulmasına start verilib. Ümumi 2500 belə mərkəzin qurulması nəzərdə tutulur”, - deyən ZE! Molodyojka rəhbəri azərbaycanlı gənclərin uğurlarını izlədiklərini bildirib.

Sançenko onu da əlavə edib ki, siyasi səhnədə azərbaycanlı gənclərin daha aktiv olması Ukrayna siyasəti üçün də önəmlidir.

Əməkdaşlıq üçün ZE! Molodyojka rəhbərliyinə və Bakıdan gələn qonaqlara təşəkkür edən Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov bilirib ki, gənclər diaspor siyasətinin ən vacib istiqamətidir: “Gənclər bizim gələcəyimizdir. Onların doğu yönləndirilməsi bizim və ölkəmizin gələcəyini müəyyənləşdirir”.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Ze! Molodyojka ilə birgə əməkdaşlıq haqqında memarandum imzaladıqlarını bildirib.

B.İslamov əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Ze! Molodyojka rəhbərliyini Bakıya dəvət etdiklərini bildirib.

UAR aparat rəhbəri Elşad İbrahimov gənclər üçün ortaq düşərgələrin təşkilinin önəmindən danışıb. Aparat rəhbəri bildirib ki, pandemiya şəraitindən öncə belə bir təcürbə olub və Ukraynalı gənclər yay düşərgəsi üçün Azərbaycanda olublar.








Xəbər 1605 dəfə oxunub.



10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu


BÜTÜN XƏBƏRLƏR +