Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov


09.01.2023  11:28 

“Sədərək”də 20 müxtəlif təyinatlı mağaza yandı





A+  A-

Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın barədə yeni məlumat yayıb.

XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 hektar olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Yanğınla əlaqədar araşdırma aparılır.



Xəbər 946 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +