“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


27.01.2025  14:07 

Məscidə silahla gedən şəxs həbs edildi





A+  A-

Xaçmaz rayonunda məsciddə xuliqanlıq əməli törətmiş şəxs həbs edilib.

XəzərNews.az Teleqraf.com-a istinadla xəbər verir ki, Xaçmaz şəhər sakini 1994-cü il təvəllüdlü F.Vəliyevin (şərti soyadlı) barəsindəki cinayət işi üzrə hökm oxunub.

Rayon məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə təqsirli bilib. İstintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan şəxsə 2 il yarım həbs cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisə Xaçmazın Qobuqırağı kəndində baş verib. Xaçmaz şəhər sakini olan F.Vəliyev hadisə vaxtı evində olan ov tüfəngini “Hunday İ30” markalı avtomobilinə qoyaraq həmin kəndin məscidinə gedib. O, məscidə daxil olaraq oradakı şəxsləri və imamı hədləyib, səs-küy salaraq təhqiramiz ifadələr işlədib. Lakin hadisə vaxtı F.Vəliyev atəş açmayıb.



Xəbər 2165 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +