Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi
Cabbarovun yaxın adamı “SOCAR Petroleum”dan getdi
“Azərişıq”ın 24 milyonluq tenderini 10 manatlıq şirkət udub


19.11.2020  15:29 

Həftə sonları bu sahələr işləyəcək





A+  A-

Azərbaycanda xüsusi karantin rejimi müddətində həftə sonları bu sahələrdə işləyənlərin fəaliyyətinə icazə veriləcək.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu xidmət sahələri Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarına 1 nömrəli əlavə ilə müəyyən edilib.

Fəaliyyətinə icazə verilən sahələr:

1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;

3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;

5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;

8. mühafizə xidmətləri.

Xəbər 4194 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +