Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


22.10.2020  11:49 

“Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər” - Yaqut Qarayeva





A+  A-

“Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin hələ havalar soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var, bəlkə də insanların sentyabr ayında “COVİD”ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım gözləyir”.
XəzərNews.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, yanvar ayının sonlarından Operativ Qərargah xüsusi planlar hazırlamışdı. Bir çox rayonlarda modul tipli xəstəxanalar tikilib. Lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib: “Bizim kifayət qədər çarpayı ehtiyacımız var idi. Son hadisələrlə əlaqədar biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hazır vəziyyətdə olsunlar ki, hərbçilərimizə kömək eləsinlər. Xəstəlik insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır. Çünki onlara adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyac var. Bu, o deməkdir ki, həmin xəstə azı 2 həftə orada müalicə olunur. Bu, ciddi problemdir”.

Y. Qarayeva bildirib ki, doğrudur, dövlət modul tipli xəstəxanalar tikib, yetərincə süni tənəffüs aparatları da gətirilib: “Amma bir resurs var ki, onu gətirmək çox çətindir. Bunlar tibb işçiləridir. Bir həkim reanimatoloq, həkim –pulmonoloqun yetişməsi üçün illər lazımdır. Ona görə də hər kəs diqqətli olmalıdır. Qaydalara əməl etməlidir. Hazırda reanimasiya bölümündə yatan 209 xəstə var. Onlardan 18 nəfəri süni tənəffüs aparatına qoşulub. Biz hər birimiz bunun məsuliyyətini hiss eləməliyik. Bizim stasionar çarpayı baxımından heç bir problemimiz yoxdur. Bütün həkimlər onlara nəzarət edə bilirlər, lakin süni tənəffüs cihazına qoşulan xəstəyə həkim reanimatoloq baxmalıdır. Mən xüsusən gənclərimizə müraciət edirəm. Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər. Lakin hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir “COVİD”lə mübarizəyə qoşulsun. Çünki biz öz resurslarımızı bölmək məcburiyyətində qalırıq”.

Y. Qarayeva həmçinin hazırda aparılan test sayından da danışıb:
“Fevral ayında testləri aparan laboratoriyalarımızın sayı az idi. Lakin bu günə qədər TƏBİB-in nəzdində regionlarda laboratoriyalar açıldı. Hazırda 9 mindən çox test edirik və bundan da çox edə bilərik. Test sayı çox olarsa, aşkarlanma da çoxala bilər. Hər aşkarlanan pozitiv hadisə asimptomatik olsa belə, başqa insanlar üçün təhlükədir. Aşkarlayıb izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında vacib addımdır”.

Xəbər 3312 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +