Bakıda kütləvi söküntü işləri niyə dayandırılır?
Mədəniyyət Nazirliyi araşdırmaya başladı
Bələdiyyə sədri jurnalisti həbs etdirmək istəyir
Bakıda obyektdə yanğın olub - Rəsmi
Ruslar Xarkovu vurdu, insanlar təxliyə edildi
Tramp süni intellektin vahid modelini yaratmaq istəyir
Moskva prospektində qəza hadisəsi baş verib
Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı


29.01.2020  14:28 

Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI





A+  A-

“Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər tərəfimizdən davamlı olaraq aparılmaqdadır. Belə ki, hər il qış mövsümü başlayanda hansı ki, bu cür xəstəliklərin yayılma ehtimalı daha da artır bunu nəzərə alaraq qabaqlayıcı tədbirlərə həyata keçirilir. Bu çərçivədə “BakuBus” MMC-nin istehsalat bazasında avtobusların dezinfeksiyası təşkil olunur. Gündəlik təmizlik işləri ilə yanaşı qanunvericilikdə göstərilən reqlamentlə avtobusların salonu dezinfeksiya edilir”.
Bunu XəzərNews.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparılır:

“Hər həftənin şənbə günü perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilir. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılır. Təbii son günlər daha çox müzakirə olunan koronavirusla bağlı qeyd olunan tədbirlərə nəzarət daha artırılıb.

Qeyd edim ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə də bu məsələ açıq şəkildə əksini tapıb. İstinad olunan sənədə əsasən daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçiriləcək”.

Xəbər 3329 dəfə oxunub.




18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?


BÜTÜN XƏBƏRLƏR +