Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


02.08.2019  12:39 

“Quli” adamını Yekaterinburqa göndərdi





A+  A-

İyulun ortalarında Rusiyanın Yekaterbinburq şəhərində yeni cinayətkar şəxs peyda olub – Sari Hacıyev. Yerli azərbaycanlılara-4-cü tərəvəz bazasındakı tacirlər və sadəcə diaspor üzvlərinə məlum olan qanqster Orta Uralın paytaxtına qayıdaraq himayəçisi “Lotu Quli”nin xeyrinə xərac toplama fəaliyyətinə başlayıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Arqumenti i faktı” nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, Hacıyev Yekaterinburqda artıq 4-cü tərəvəz bazasındakı sahibkarlarla çoxsaylı “işgüzar görüşlər” keçirməyə başlayıb.

“O, bütün hər kəsə, xüsusilə də yerlilərinə deyib ki, “Ural mütləq pul ödəməlidir”. Hətta, Uralda əvvəl “nəzarətçi” olmadığından indi Nadir Səlifova daha çox pul ödəməlidilər. Sari tələblərini hələ ki, mehriban şəkildə, zorakılıq olmadan edir, lakin bu, onun dəyişməyəcəyi mənasına gəlmir”, - deyə mənbə bildirib.
Qeyd olunur ki, Hacıyev Yekaterinburqda olduğu iki həftə ərzində nəinki 4-cü tərəvəz bazasındakı böyük azərbaycanlı iş adamlarına baş çəkib, eyni zamanda “Jeleznodorojnıy Ticarət Evi”ndə də olub. Bura bir il əvvəl Yekaterinburq bələdiyyə müəssisəsi idi, indi bələdiyyələrin tam iştirakı ilə bir MMC-dir. Formal olaraq bu müəssisə qeyd olunan bazanın bir hissəsidir, çünki ən azı eyni profilə malikdir.

Başqa bir məsələ maraqlıdır: bir vaxtlar bu aktivlər Yekaterinburqun keçmiş vitse-meri Viktor Konteyev tərəfindən əslində bazaya qismən nəzarət etmək üçün yaradılıb. Hazırkı konfiqurasiyada MMC-yə direktor əvəzi Yevgeni Kravçenko rəhbərlik edir.

Sari Hacıyev fiquru Sverdlovsk vilayətində olduqca məşhurdur. O, 2011-ci ildə Sulimov küçəsində başından güllələnərək öldürülən İkram Hacıyevin əmisioğludur. O, qohumunun intiqamını almaq məqsədilə Sibir şossesindən yerləşən “Karavan” kafesində atışma törədib. Kafenin sahibi Əziz Daxili İşlər Nazirliyinin regional mərkəzi idarə heyətinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə müraciət etdikdən sonra toqquşma qurbanının o, olduğu ortaya çıxıb. Daha sonra Sari gizlənərək uzun illər Uralda görülməyib.

Xəbər 3380 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +