Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


01.08.2019  21:23 

“Bu, İTV-nin nüfuzuna xələl gətirəcək”





A+  A-

"Son dövrlər İTV və İctimai radionun müsbət istiqamətdə xeyli dəyişdiyi göz önündədir. Lakin bu günlərdə İTV-nin xəbər buraxılışında İctimai radionun bu vaxtadək özəl radioların efirində yayımlanmış ən populyar və reytinqli iki layihəni öz efirinə cəlb etməsi ilə bağlı xəbər müəyyən qədər düşünməyə əsas verir".
XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Burada qanunsuz bir şey olmadığını bildirən Dadaşov qeyd edib ki, İTV-nin İctimai radionun reytinqli layihələri öz efirinə gətirməsi telekanalın reytinq uğrunda mübarizəyə qoşulacağını açıq şəkildə elan edir.

"Bu isə o deməkdir ki, İctimai radio həm də özəl yayımçılarla rəqabət aparacaq. Bu gün özəl yayımçılar reytinq üçün nə edir, bunu geniş şəkildə xırdalamağa gərək yoxdur. Konkret olaraq, Manpası və yaxud Avtostop-un reytinq üçün istifadə etdiyi üsulları xatırlamaq kifayətdir. Deməli, bütün bunları artıq İTV-nin efirində də müşahidə etməli olacağıq. İctimai radionun proqram direktorunun dedikləri də bunu təsdiq edir. O, İTV-nin xəbər buraxılışına açıqlamasında bildirib ki, həmin layihələr İctimai radionun efirində də əvvəlki xarakterini qoruyub saxlayacaq".

Təvəkkül Dadaşovun sözlərinə görə, bu verilişlərin ötən mövsümlərdə aparılmış monitorinqləri zamanı aparıcıların nitqlərinin sərtliyi, hətta bəzən tamaşaçı ilə ünsiyyətdə efirə uyğun gəlməyən üsluba yer vermələri, dinləyicini ələ salma, sətiraltı qeyri-etik məzmunlu mövzular və ifadələrə yer verilməsi və s. hallar müşahidə edilib:

"Əgər İctimai radionun efirində də bu cür üslubdan istifadə etməyə davam ediləcəksə, bu, ən azından kanalın ictimai nüfuzuna və missiyasına ziyan gətirmiş olacaq. Nəzərə almaq lazımdır ki, İctimai radio özəl radiolardan fərqlənməyə borcludur. Özəl radioların, yeri gələndə, reytinq və reklam bəhanəsi varsa, İctimai radionun belə “əsas”lara haqqı çatmayacaq. Çünki o, dövlət büdcəsindən maliyyələşir. Bütün bunlarla yanaşı, inanmaq olar ki, həmin verilişlərin aparıcıları İctimai radio efirinin məsliyyətini dərk etmiş olacaqlar və əvvəlki çatışmazlıqlar yeni mövsümdə İctimai radio kimi mötəbər bir media qurumunun efirində yer almayacaqdır. İctimai radioya, "Avtostop" və "Manpası" layihələrinə yeni mövsümdə uğurlar".

Qeyd edək ki, "Avtostop"da maarifləndirmə elementləri olsa da, "Manpası" daha çox şou-əyləncəli verilişdir.

Xəbər 3538 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +