Sədr bacısına məxsus ofisi 262 min manata icarəyə götürüb
Bu mağazalar insanları aldadırmış - ADLAR
Elxan Şahinoğlu: “Büdcə xərcləri gəlirləri üstələyir...”
21 azərbaycanlı aeroportda qaldı – VİDEO
Prezidentlərin görüşü başlayıb
Bələdiyyə sədrinə hökm oxundu
Gəncədə bıçaqlanma hadisəsi
DİN əməliyyat keçirdi: Vətəndaşları aldadan şəxs saxlanıldı
Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi


31.10.2018  13:07 

Yeni nazir müavini məşhur generalın oğludur?..





A+  A-

Prezident İlham Əliyev dünən əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyinatı barədə müvafiq sərəncamlar imzalayıb.
XəzərNews.az xəbər verir ki, dövlət başçısının sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, hər iki müavin bu sərəncamadək elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırdı, onlar nazirin müşavirləri idilər.

Bu təyinatlardan sonra sosial şəbəkələrdə Vüsal Zakir oğlu Nəsirlinin Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğlu olduğu haqda xeyli məlumat yayılıb.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a həmin məlumatları təkzib edərək bildiriblər ki, Vüsal Nəsirlinin Zakir Nəsirovla heç bir bağlılığı yoxdur.

Xatırladaq ki, prezidentin əfv sərəncamına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuş və general ötən il aprelin 6-da azadlığa buraxılmışdı.

Zakir Nəsirov Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra onun barəsində məhkəmə belə qərar vermişdi.

General-mayor Zakir Nəsirov 2005-ci ilin martında keçmiş MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulmuşdu. Həmin əməliyyat çərçivəsində insan oğurluğu və qətllərdə ittiham edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilmişdi.

Xəbər 3090 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi

19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +