Bakıda kütləvi söküntü işləri niyə dayandırılır?
Mədəniyyət Nazirliyi araşdırmaya başladı
Bələdiyyə sədri jurnalisti həbs etdirmək istəyir
Bakıda obyektdə yanğın olub - Rəsmi
Ruslar Xarkovu vurdu, insanlar təxliyə edildi
Tramp süni intellektin vahid modelini yaratmaq istəyir
Moskva prospektində qəza hadisəsi baş verib
Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı


03.05.2018  21:23 

İş adamının 17 yaşlı oğluna hökm oxundu





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə R.Rəhimov son sözündə özünü sadəcə sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyi üçün təqsirli hesab edib: "Mən sürətli sürməmişəm, hadisə yerindən qaçmamışam. Özüm ambulans çağırmışam. Bir insanın həyatına son qoyduğum üçün peşmanam".

Məhkəmə kollegiyasının hökmü ilə R. Rəhimov 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

R.Rəhimovun ittiham olunduğu hadisə yerindən qaçma maddəsi isə hökmdən xaric edilib. Məhkəmə onun hadisə yerindən qaçmadığı qənaətinə gəlib. O yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. Mərhum K.Əkbərova isə şəhid Elton Əkbərovun qızıdır.

Xəbər 2806 dəfə oxunub.




18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?


BÜTÜN XƏBƏRLƏR +