Bakıda kütləvi söküntü işləri niyə dayandırılır?
Mədəniyyət Nazirliyi araşdırmaya başladı
Bələdiyyə sədri jurnalisti həbs etdirmək istəyir
Bakıda obyektdə yanğın olub - Rəsmi
Ruslar Xarkovu vurdu, insanlar təxliyə edildi
Tramp süni intellektin vahid modelini yaratmaq istəyir
Moskva prospektində qəza hadisəsi baş verib
Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı


15.08.2017  10:54 

Nazirlik çaylardakı durum haqda açıqlama yaydı





A+  A-

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 38 m3/s olmaqla ongünlük normanın 28 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 56.0 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 6 sm azalma qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2016-cı il avqustun 14-də 366 sm), Şirvanda 201 sm, Salyanda 130 sm (2016-cı il avqustun 14-də 145 sm), Bankədə 177 sm (2016-cı il avqustun 14-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 14-də 74 sm) təşkil edir.

Xəbər 2994 dəfə oxunub.




18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?


BÜTÜN XƏBƏRLƏR +