Moskvanın mərkəzində otel yanır -VİDEO
DİN vətəndaşlara xəbərdarlıq etdi
Mehdiyevin Xızıdakı villası: Görüntülər paylaşıldı-VİDEO
Milyarder Fərhadın “AzNar”ı bağlandı
Hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar
Kimlər daha az vergi ödəyəcək? - Nazir
Sabah Bakıda 22 dərəcə isti olacaq
Hökumət düşünürmü, nəsə etmək istəyirmi?! - Ekspert
Eyni kabinetdə 13 il: Bəs deyil?
Araz Musayevi bıçaqlayan həbsdən azad edildi


17.04.2017  13:34 

Azərbaycanlı deputat Türkiyədəki referendumdan DANIŞDI: “Belə şəffaf seçki görməmişəm”





A+  A-

Dünən Türkiyədə keçirilən konstitusiya referendumu baş tutub. Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib. Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.
Referendumu izləmək üçün Azərbaycan nümayəndə heyəti də Türkiyədə səfərdə olub.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Ağalar Vəliyev Modern.az-a açıqlamasında referendumla bağlı təəssüratlarını bölüşüb.

“AKP-nin sədr müavini Mustafa Əlitaşla, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ləvənt Göklə görüşümüz oldu. Bir neçə seçki məntəqəsində olduq. Sonda da sandıqlarda bülletenlərin sayılması mərhələsində iştirak etdik. Seçkilərin tam şəffaf keçirildiyini deyə bilərəm. Bizim olduğumuz məntəqədə 428 seçici var idi. Onların 399-u səs verdi”.

Deputatın sözlərinə görə, seçki saxtakarlığı ilə üzləşməyiblər.

“Türkiyədə keçirilən referendumda saxtakarlıqdan söhbət belə, gedə bilməz. Tam şəffaf keçirildi. Bir çox ölkədə keçirilən seçkilərdə iştirak etmişəm, amma belə şəffaf seçki prosesi görməmişəm. Seçki o dərəcədə yüksək səviyyədə təşkil olunmuşdu ki, saxtakarlıqdan danışmağa imkan yoxdur”.

Ağalar Vəliyev bildirib ki, ATƏT-in də nümayəndələri seçkini izləyib.

“Azərbaycan nümayəndə heyəti olaraq həm Türk PA-nın, həm də Türkiyə-Azərbaycan dostluq qrupunun üzvləri olaraq iştirak edirdik. Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Əhliman Əmiraslanovla birgə mən də prosesə qatılmışdım. Beynəlxalq təşkilatlardan Türk PA ilə bir yerdə Qırğızıstan və Qazaxıstanın parlament üzvləri də vardı. Bundan başqa, ATƏT-in üzvləri də referendumu izləyirdi. Biz öz raportlarımızı həm TürkPA-nın, həm də Azərbaycan-Türkiyə dostluq qrupunun adından təqdim edərək tam razılığımızı bildirdik. Müsbət rəy verdik. ATƏT isə raportunu bu gün təqdim edəcək”.

Xəbər 4050 dəfə oxunub.




19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?

19.11.2025  12:26 

Həyatımda sevdiyim biri var

19.11.2025  12:24 

Avtobusda ölüm hadisəsi

19.11.2025  10:46 

Xalq artisti vəfat etdi

18.11.2025  16:37 

Baş nazir qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +