MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


13.10.2025  10:14 

“Buta” “Azərbaycan çayı – ənənə və müasirlik” mövzusunda tədbir keçirib - Foto





A+  A-

“Buta” Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan çayı – ənənə və müasirlik” mövzusunda maraqlı və mənalı bir tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan çayı dequstasiyası, eləcə də gənclər arasında musiqi və mədəniyyətlərarası dialoq təşkil olunub.

İştirakçılar Azərbaycanın zəngin çay ənənələri, onun tarixi kökləri və mədəni həyatda tutduğu xüsusi yer barədə ətraflı məlumat alıblar. Tədbirdə ölkənin müxtəlif bölgələrində yetişdirilən Lənkəran, Astara və Zaqatala çay sortları təqdim edilib. Qonaqlar bu bölgələrə məxsus çayların fərqli dad xüsusiyyətlərini hiss edərək Azərbaycan çayının incə aromatı və özünəməxsus ləzzətini dadıblar.

Dəgustasiya zamanı qonaqlara çaya xüsusi zövq qatan Azərbaycanın milli şirniyyatları – ətirli paxlava, şəkərbura və digər ləzzətlər təqdim olunub.

Tədbir musiqili atmosferdə davam edib. Qarmon ifaçısı Elnurun canlı çıxışı, milli musiqi ifaları tədbir iştirakçılarına isti və səmimi bir ab-hava bəxş edib. Gənclər bir-biri ilə yaxından tanış olaraq, mədəniyyətlərarası dialoq və dostluq mühitinin formalaşmasına töhfə veriblər.

Tədbir sonunda vurğulanıb ki, Azərbaycan çayı sadəcə bir içki deyil, o, xalqımızın mədəniyyətini, qonaqpərvərliyini və milli kimliyini təcəssüm etdirən dəyərlərdən biridir.








Xəbər 4972 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +