“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


22.12.2017  10:05 

Göyçayda müəmma: Məktəb direktorlarından biri öldü, digəri intihar etdi





A+  A-

Göyçayda orta məktəb direktoru intihara cəhd göstərib.
XəzərNews.az Yeniçağ-a istinadla xəbər verir ki, 9 saylı orta məktəbin direktoru Akif Qəribov özünə qəsd edib.

O, çalışdığı təhsil ocağının həyətində damarlarını kəsib. Hadisədən xəbər tutan yaxınları dərhal onu Göyçay rayon xəstəxanasına çatdırıblar. Əməliyyat edilən xəstənin koma vəziyyətində olduğu bildirilir.

Məlumata görə, A.Qəribovdan kimsə xeyli miqdarda rüşvət tələb edib. O da buna etiraz əlaməti olaraq, intihara əl atıb.

Göyçayda eyni gündə daha bir məktəb direktoru ilə bağlı dəhşətli hadisə qeydə alınıb. Belə ki, Çayarxı kənd ümumi məktəbinin direktoru Şamilov Mübariz Müzəffər oğlunun da ürəyi tutub. Müayinə üçün Bakıya aparılan direktor orada keçinib.

Hər iki faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

00:16

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.

Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 1832 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +