Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


31.03.2018  16:48 

Ukraynada öldürülən azərbaycanlının kimliyi məlum oldu - Təfərrüat





A+  A-

Ukraynanın Xarkov şəhərində iki gün əvvəl baş verən silahlı insidentin təfərrüatı və öldürülən azərbaycanlının kimliyi məlum olub.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Lev Landau prospektindəki “Ağdam” restoranında baş verib. Öldürülən azərbaycanlı isə 32 yaşlı, əslən Gürcüstanın Borçalı mahalından olan Zaur İsmayılovdur.

Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir.

Belə ki, bir qrup silahlı şəxsin restorandan çıxan digər şəxslərə hücumu zamanı Z. İsmayılov da ortada olub və güllədən yayına bilməyib. Hadisə zamanı restoranın digər millətdən olan müştəriləri də xəsarət alıblar.

Qeyd edək ki, ötən gün Ukrayna mətbuatı Xarkovdakı restoranların birindən çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfərin atəş açması barədə məlumat yayıb. Məlumatda bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı, ölənin isə azərbaycanlı olduğu qeyd olunub.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər 1407 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +