200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.10.2023  14:26 

Ukrayna deputatları Azərbaycanı dəstəklədi - Bəyanat





A+  A-

Ukrayna Ali Radasının deputatları Azərbaycanı dəstəkləyən müraciət qəbul ediblər.

Xəzərnews.az “Report”a istinadən məlumat verir ki, hakim “Xalqın xidmətçisi” Partiyasının deputatlarının imzaladığı müraciətdə Ukraynanın Azərbaycanı və onun xalqını dəstəklədiyi bildirilib.

Qeyd olunub ki, Qarabağda həyata keçirilən antterror tədbirlərindən sonra Azərbaycana qarşı beynəlxalq səviyyədə qarayaxma kampaniyasına başlanılıb:

“Erməni diasporunun radikal ünsürləri və bəzi beynəlxalq KİV-lər Azərbaycana qarşı nifrət təbliğatını gücləndirir. Biz bunu qəbuledilməz sayırıq. Azərbaycan antiterror tədbirlərini özünün beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirib”.

Müraciətdə həmçinin vurğulanıb ki, Qarabağdakı erməni separatçıları təslim olduqdan sonra ərazidə çoxlu sayda silah-sursat və ağır hərbi texnika aşkar edilib.

Deputatlar bildiriblər ki, Qarabağdakı erməniləri heç kim köçməyə məcbur etməyib, onlar bölgədən könüllü şəkildə gediblər:

“Qarabağın erməni əhalisinin Ermənistana köçü qeyri-zorakı xarakter daşıyır. Bunu oktyabrın 1-də Qarabağda monitorinq həyata keçirən BMT missiyası və ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller də təsdiqləyiblər”.

Xəbər 3809 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +