Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


17.10.2022  16:16 

Bahalaşma davam edəcək... - Bəs maaş və pensiyalar nə vaxt artacaq?





A+  A-

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Bahalaşma dalğasının payız və qış aylarında pik həddə çatacağı proqnozlaşdırılır.

Ekspertlərin fikrincə, Rusiya-Ukrayna müharibəsi səbəbindən iqtisadi böhran hələ uzun müddət davam edəcək və əvvəlki vəziyyətə bir daha qayıtmaq mümkün olmayacaq.

İndi çətin həyat şəraiti ilə üzləşən vətəndaşları maraqlandıran əsas məsələ maaş və pensiyaların artırılıb- artırılmaması, bahalaşmaya nə vaxt son qoyulacağıdır.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ərzaq məhsullarının bahalaşması olduqca ciddi məsələdir:

"Milli Məclisdə bununla bağlı məsələ qaldırmağa çalışırıq ki, problem həllini tapsın. Azərbaycan hökuməti və İqtisadiyyat Nazirliyi mövcud vəziyyətlə əlaqədar çoxlu iş görürlər. Ancaq elə məqamlar var ki, onlardan asılı deyil. Azərbaycan xaricdən kifayət qədər ərzaq məhsulları idxal edən ölkədir. Dünyada isə ciddi ərzaq çatışmazlığı var. Dünyaya böyük həcmdə ərzaq məhsulları ixrac edən Rusiya və Ukraynanın müharibəyə başlamasının buna öz təsiri oldu. Digər tərəfdən Avropada qaz və neftin qiymətinin bahalaşaması məhsulun maya dəyərindən asılı olduğu üçün qiymət artımına səbəb olur. Bizim idxaldan asılılığımız qiymət artımı və inflyasiyaya gətirib çıxarır”.

Deputat hesab edir ki, ərzağın bahalaşması hələ uzun müddət davam edəcək və buna hazır olmalıyıq:

“Yaxın gələcək üçün ərzaq qiymətləri ilə bağlı müsbət proqnoz verə bilmirəm. Bunun üçün müəyyən tədbirlər görülməlidir. Məsələn, əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsi, süni qiymət artımının qarşısının alınması ilə bağlı daha ciddi tədbirlər görülməsi effektiv çıxış yolu ola bilər. Xüsusilə də, Milli Məclisdə Rəqabət Məcəlləsi qəbul olunmalııdır. Bu, bazarda azad rəqabətin formalaşmasına və inhisarçılığın qarşısının alınmasına xidmət edəcək. Həmçinin Azərbaycanda kənd təsərrüfatının, kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirmək lazımdır ki, bu sahələrdə ərzaq məhsullarının istehsalı artsın. Sahibkarları cəlb etmək üçün onlara güzəştli kreditlər verilməli, yardımlar ayrılmalıdır. Bununla da xaricdən ərzaq ixracını azalda bilərik. Ancaq yenə deyirəm, qiymət artımı hələ uzun müddət davam edəcək”.

Bundan əlavə, deputat 2023-cü ildə maaş və pensiyaların artımı məsələsinə də toxunub:

“Azərbaycanda maaş artımı həmişə gündəmdədir. Əgər qiymət artımı varsa, onda maaş artımından da söhbət getməlidir. Bu yaxınlarda biz "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik etdik. Ötən il Azərbaycanda maaşlar 20 faizə qədər artıb. Maaşların artırılması məsələsi 2023-cü ilin büdcəsi müzakirə ediləndə gündəmdə olacaq. Ancaq biz yalnız maaşların artımı ilə bütün problemləri həll edə bilmərik. Biz çalışmalıyıq ki, inflyasiya və qiymətlər aşağı olsun ki, daha çox maaş artımına ehtiyac olmasın. İndiki vəziyyətdə maaş, pensiya və müavinətlərin artımına ehtiyac var”.

Xəbər 1402 dəfə oxunub.




02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +