Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO


16.05.2022  11:34 

Madər Musayev Prezidentin Türkiyə səfərindən yazdı





A+  A-

Türkiyədə Qara dənizin üzərində inşa edilən nəhəng Rizə-Artvin Hava Limanının açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirak etməsi tarixi hadisədir. Bu həm də Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl şəkildə inkişaf etdiyini bir daha nümayiş etdirir.

Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunədir. Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi altında bu gün ölkələrimiz arasında sıx və əbədi əlaqələr qurulub. Prezident İlham Əliyevin Türkiyədəki belə bir nəhəng layihənin açılışında iştirakı hər iki ölkə prezidentlərinin şəxsi dostluğu və əməkdaşlığının ən yüksək səviyyəyə qalxmasının bariz nümunəsidir.

Xalqların tarixi bağlarına və iki qardaş ölkənin prezidentlərinin siyasi iradəsinə söykənən Türkiyə-Azərbaycan əlaqələri Şuşa Bəyannaməsinin imzalanması ilə yeni mərhələyə qədəm qoyub: “Təxminən bir il öncə imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Qars müqavilısinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. Bu Bəyannamə iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir.

Hesab edirəm ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Milli Məclisin deputatı
MADƏR MUSAYEV


Xəbər 6978 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +