Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


17.12.2021  11:16 

Üç il əvvəl törədilmiş qətlin üstü necə açıldı?





A+  A-

1997-ci il təvəllüdlü Əlyarov Tərxan Rüstəm oğlunun 2018-ci il sentyabrın 22-də qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə açılıb.

XəzərNews.az xəbər verir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, istintaqla müəyyən edilib ki, Rafael Cəfərov 2018-ci il sentyabrın 22-də Kürdəmir rayonunun Atakişili kəndində yaşayan qonşusu Tərxan Əlyarov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə qəfildən onun alın-qaş nahiyəsinə yumruqla güclü zərbə vurub. Sonra o, özü ilə gətirdiyi deşici-kəsici xüsusiyyətə malik bıçağa bənzər alətlə Tərxan Əlyarovu qəsdən öldürmək məqsədilə onun sol yuxarı sinə nahiyəsi istiqamətində ardıcıl zərbələr endirib. Həmin şəxs yetirdiyi xəsarətlərdən Tərxan Əlyarovun öldüyünə əmin olduqdan sonra törətdiyi cinayəti gizlətmək məqsədilə sonuncunun meyitini təxminən 10-15 metr çiynində daşıyaraq həmin vaxt dərinliyi 4 metr olan su ilə dolu kollektora atıb, əlindəki bıçağı və Tərxan Əlyarova məxsus iki mobil telefonu məhv etmək məqsədilə kanala atıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin kollektora baxış keçirilərkən üzərində xətti sınıq olan kəllə və yeddi ədəd qabırğa skelet sümükləri aşkarlanaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb və eyniləşdirilmənin aparılması üçün ekspertiza təyin edilib. Aşkar edilmiş sümüklərin Tərxan Əlyarova məxsus olması müəyyənləşdirilib.

Eyni zamanda, su kanalından aşkarlanaraq götürülmüş bıçaq müvafiq ekspertizaya təqdim olunub. Tədqiqatın nəticəsinə görə cinayətin məhz həmin alətlə törədilməsi müəyyənləşdirilib.

Toplanmış kifayət qədər sübutlar əsasında Rafael Cəfərova Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.10-cu (təkrarən qəsdən adam öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə yenidən ittiham elan olunub.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərini davam etdirir.

Xəbər 1407 dəfə oxunub.



30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +