Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


12.12.2023  16:50 

Məscidlərə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir





A+  A-

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.

Xəzərnews.az xəbər verir ki, müsahibə aşağıdakı məscidlər üçün elan olunub:

Ağcabədi şəhəri "Cümə" məscidi - İmam
Astara rayonu, Kijəbə qəsəbəsi "Lovayın" məscidi - İmam müavini
Lənkəran rayonu, Separadi kənd məscidi - İmam müavini
Tovuz şəhər məscidi - İmam
Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - İmam
Qax şəhər məscidi - İmam
Bakı şəhəri, Yasamal rayonu "Təzəpir" məscidi - Qadın dini ayinlərin icraçısı

Müsahibədə iştirak etmək istəyən namizədlər 13 dekabr 2023-cü il tarixindən 13 yanvar 2024-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scwra.gov.az adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.



Xəbər 5145 dəfə oxunub.



22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +