Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


19.02.2018  10:37 

Füzulidə satış yarmarkaları təşkil olunub - Fotolar





A+  A-

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə yerlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir.
XəzərNews.az xəbər verir ki, ölkə başçısının tapşırığına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində, Zobucuq qəsəbələri ərazisində, Dörd yol adlanan ərazidə və Qayıdış qəsəbələri ərazisində əvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkaya mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilib.
Yarmarkada rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə tərəvəz, göyərti, şirniyyat və çərəzlər bazar qiymətlərindən 15-20 faiz aşağı qiymətə alıcılara təklif edilib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində təşkil olunan yarmarkaya baş çəkib, alıcı və satıcılarla söhbət edib. Alıcılar məhsulların keyfiyyətindən və qiymətlərin bazarlara nisbətən ucuz olmasından razılıqlarını bildirib, bu cür yarmarkaların mütəmadi təşkil olunmasını vurğulayıblar.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları insanların rahatlığını təmin etmək, ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə Novruz bayramına kimi hər həftənin şənbə və bazar günləri əhalinin sıx məskunlaşdığı 4 istiqamətdə təşkil olunacaq.












Xəbər 1905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +