MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


22.07.2021  10:19 

Çin ÜST-lə əməkdaşlıqdan imtina etdi





A+  A-

Çin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq etməkdən imtina edib.
XəzərNews.az xəbər verir ki, bunu Çinin Səhiyyə məsələləri üzrə Milli Komitəsinin rəhbərinin müavini Çzen İsin açıqlayıb.

O bildirib ki, Çin ÜST-nin COVID-19 infeksiyasının mənşəyi haqqında araşdırmanın ikinci mərhələsi ilə bağlı təklif etdiyi plana riayət etməyəcək.

Qeyd edək ki, keçən həftə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, koronavirusun Çində laboratoriyadan sızma nəticəsində yayıldığını istisna etmək hələ tezdir və Çini açıq əməkdaşlıq etməyə çağırıb.

O, həmçinin qeyd edib ki, ÜST Uhanda koronavirusa ilk yoluxma hallarının aşkar olunduğu əraziyə yaxın məsafədə yerləşən laboratoriyalarda da yoxlanış həyata keçirməyi planlaşdırır.

Uhan şəhərinin Milli Biotəhlükəsizlik Laboratoriyasının direktoru Yuan Çjimin isə öz növbəsində bildirib ki, koronavirusun laboratoriyadan sızması ilə bağlı sübutlar yoxdur. O vurğulayıb ki, Uhan laboratoriyası heç vaxt COVID-19 virusu yaratmayıb və sızıntıya yol verməyib.

Xatırladaq ki, “The Wall Street Journal” qəzetinin ABŞ kəşfiyyatının məxfi hesbatına istinadən yaydığı məlumatda deyilirdi ki, Uhanda Virusologiya İnstitutunun üç alimi 2019-cu ilin noyabr ayında ağır xəstələnib. Onlar bu zaman COVID-19-a bənzəyən simptomlarla xəstəxanaya yerləşdirilib.

Qəzetin məlumatına görə, alimlər hələ koronavirus infeksiyası barədə məlumatlar yayılmazdan əvvəl xəstələniblər. Bildirilir ki, bu hadisə koronavirus infeksiyasının süni şəkildə bilərəkdən yaradıldığını düşünməyə əsas verir.

Xəbər 3464 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +