4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


27.08.2020  12:10 

Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət





A+  A-

Rusiyada son sutka ərzində daha 4 711 nəfərdə COVID- 19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 975 min 576-ya çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 166 min 211 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 121 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 16 min 804-ə çatıb. Ümumilikdə 792 min 561 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda son sutka ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bildirilir ki, ölkədə yoluxanların sayı 1 447-yə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir. Ümumilikdə 1 190 pasiyentin isə müalicə olunaraq sağaldığı bildirilib.

Ermənistanda sutka ərzində daha 203 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 43 270-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 864-ə çatıb. Ümumilikdə 36 988 pasiyent müalicə olunaraq sağalıb, 5 153 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.



Xəbər 3309 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +