MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


22.02.2018  15:37 

Bayılda evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarıldı





A+  A-

Bakıda Bayıl yamacında sürüşmə zamanı evləri təhlükəli vəziyyətə düşən ailələr sığınacaqdan çıxarılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə sığınacaqda məskunlaşan sakinlər məlumat veriblər.

Məlumata görə, ailələr fevralın 21-də axşam saatlarında müvəqqəti yerləşdirildikləri Səbail rayonu 163 saylı orta məktəbdən çıxarılıb:

"Dünən səhər saatlarında 67 ailəyə kirayə haqları verildi. Axşam saatlarında kirayə haqqı alan ailələr sığınacaqdan çıxarıldı".

Qeyd edək ki, fevralın 21-də Bayıl yamacında evləri təhlükəli vəziyytətə düşən 67 ailəyə kirayə haqları Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ödənilib.

Xatırladaq ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılaraq sığınacaqlara yerləşdiriliblər.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər 2791 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +