4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


18.01.2018  17:25 

İmanov qardaşlarından xalq artistinə - Hörmətsizlik





A+  A-

Xalq artisti Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırılan “Bəxt üzüyü”nün davamı çəkilib. “Planet Parni iz Baku” komandası tərəfindən ərsəyə gətirilən filmdə xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, əməkdar artistlər Tahir-Cabir İmanov qardaşları və başqaları rol alıb.
XəzərNews.az xəbər verir ki, “Planet Parni iz Baku” komandasının Ramiz Əzizbəylidən xeyir-dua almaması qarşı tərəfin xətrinə dəyib. Yenicag.az-a açıqlama verən xalq artisti incikliyini belə ifadə edib:

“Xəstəliklə mübarizə aparıram. Bir müddət öncə də Türkiyədə müalicə olundum. Yəni demək istəyirəm ki, başım özümə qarışıb. İndi sizdən eşidirəm ki, “Bəxt üzüyü”nün davamını çəkirlər. Tahirlə Cabir Süleyman Ələsgərov kimi böyük sənətkarın nəvələridir. İkisi də əjdaha oğlandı. Amma mənə nə zəng edib, nə də yanıma gəlib xeyir-dua istəməyiblər. Özləri bilər. Mən onlara etiraz edən deyildim, sadəcə xeyir-dua verəcəkdim. Çox istərdim ki, o filmə baxım, rəyimi bildirim.

Premyeranın vaxtını mənə deyərsiniz, qaranlıq bir güşədə oturub filmi seyr edəcəm. Səhnəyə dəvət etsələr də, çıxmayacam, çünki şikəstəm, bu vəziyyətlə insanların qarşısına çıxmaq istəmirəm. Cabirgil bu filmi məndən yaxşı çəksələr, hamının yanında onları təbrik edəcəm. Film xoşuma gəlməsə də, onları təbrik edəcəm”.

Qeyd edək ki, film Tahir və Cabir İmanovların ssenarisi əsasında çəkilib, quruluşçu rejissor Ənvər Mansurovdur.



Xəbər 3179 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +