Bələdiyyə sədri jurnalisti həbs etdirmək istəyir
Bakıda obyektdə yanğın olub - Rəsmi
Ruslar Xarkovu vurdu, insanlar təxliyə edildi
Tramp süni intellektin vahid modelini yaratmaq istəyir
Moskva prospektində qəza hadisəsi baş verib
Cəfər Cabbarlının heykəli acınacaqlı durumda...
Baş nazir qərar imzaladı
Şahruddin “Qarabağ”dan uzaqlaşdırıldı
İmişlinin hər il yollarını təmir edən şirkət kimindir?
Rusiya danışıqlarda iştirak etməyəcək -Peskov


31.01.2022  15:17 

63 min manat olan seyfi oğurladılar, amma... - Foto





A+  A-

Bakının Nərimanov rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yanvarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar.

Qeyd olunub ki, saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.



Xəbər 3148 dəfə oxunub.



18.11.2025  16:37 

Baş nazir qərar imzaladı

18.11.2025  16:20 

Əhməd Orucun evi qarət olunub

18.11.2025  11:15 

HANSI QAZAXISTAN, AY İRAN?


BÜTÜN XƏBƏRLƏR +