Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


12.11.2025  16:17 

Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu





A+  A-

Bakıda tüninq xidməti göstərən məşhur “AZART” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub.

XəzərNews.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, iş adamının həbs qoyulan avtomobilləri "Li", "Chrysler" və BMW markalı nəqliyyat vasitələridir.

Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76 500 manat əsas, 3 825 manat cərimə borcu və ödənilməmiş 342.45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail Rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub.

Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv olunmasını xahiş edib. Bildirib ki, 80 000 manata yaxın borcu var, borcunu hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, "Li L8 Pro Plug-in" avtomobili kreditdədir, qiyməti 100 000 manatdan çoxdur, maşına görə ödənilməyən 50 000 manat bank borcu var. BMW-ni atası, "Chrysler" markalı maşını isə özü idarə edir. Ona görə də yalnız "Chrysler" markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.

Məhkəmə "Li L8 Pro Plug-in" markalı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbsi saxlayıb. İş adamının təqdimatının qalan hissəsi təmin edilməyib.

Qeyd edək ki, Arif Zeynalov "AZART Group"un təsisçisi və baş direktorudur.

Xəbər 1103 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +