Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev
Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü


06.10.2025  10:44 

Su ilə bağlı xərclərin bir hissəsi şişirdilib - Hüquqşünas





A+  A-

“Yaxşı olardı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) differensial qiymət tətbiqi üçün Tarif Şurasına müraciət edəndə izahını da versin. Qurum bildirməlidir ki, xidmətlə bağlı çəkilən xərclər hara və niyə sərf olunur. Mən əminəm ki, deyilən xərclərin bir hissəsi şişirdilib”.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O bildirib ki, vətəndaşların suya ödədiyi tarif qiyməti ona çəkilən xərcdən azdır:

“Bütövlükdə su nəinki Azərbaycanda, bütün dünyada ən əsas strateji resurslardan biridir. Bu tendensiya get-gedə daha da artacaq. Hamı bilir ki, hazırda içməli su ehtiyatları azalır. Suya çəkilən xərc əslində xeyli yüksəkdir.

Yaxşı olardı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) differensial qiymət tətbiqi üçün Tarif Şurasına müraciət edəndə açıqlamasını da versin. Qurum bildirməlidir ki, xidmətlə bağlı çəkilən xərclər hara və niyə sərf olunur. Mən əminəm ki, deyilən xərclərin bir hissəsi şişirdilib.

Bütövlükdə razıyam ki, suya ödədiyimiz tarif qiyməti ona çəkilən xərcdən azdır. Bu baxımdan, suyun qiymətinin artması qaçılmazdır. Amma birdən-birə kəskin artım inandırıcı deyil”.

Xatırladaq ki, Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib ki, Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Onun sözlərinə görə, bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır:

“Diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir. Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb”.

Xəbər 3459 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +