Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


30.11.2023  22:53 

Ceyhun Bayramov Ceyms Hippi ilə görüşüb





A+  A-

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Birləşmiş Krallığın Müdafiə Nazirliyində silahlı qüvvələr üzrə dövlət naziri Ceyms Hippi ilə görüşündə iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi müzakirə edilib.

Xəzərnews.az Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlıq müzakirə edilib.

Ölkələr arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə hazırki regional vəziyyət əsas müzakirə mövzusu olub.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə normallaşma gündəliyi haqqında qarşı tərəfi məlumatlandırıb.

Ermənistanın sülh sazişinin imzalanması prosesində yaratdığı maneələr və Azərbaycanın bu prosesin irəlilədilməsi üçün atdığı addımlardan söz açılıb.

Bundan əlavə nazir Ceyhun Bayramov Azərbaycan Respublikası tərəfindən 24 saatdan az müddətdə keçirilən anti-terror tədbirlərini səciyyələndirən amillər barədə həmsöhbətini məlumatlandırıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Xəbər 3289 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +