2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


18.10.2023  14:37 

Heydərovun ortağı Əhədpurla bağlı nə baş verir?





A+  A-

“Az Texnika LTD” MMC iş adamı Mənuçehr Əhədpuru məhkəməyə verib.

Xəzərnews.az xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Maraqlıdır ki, “Az Texnika Ltd” MMC mart ayında da Mənuçehr Əhədpur barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdı. Şirkət eyni zamanda iş adamına məxsus “Aztransport-AP” MMC-ni də məhkəməyə vermişdi.

Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarət idi. Bu işin nəticəsi haqqında heç bir məlumata rast gəlinmir.
Ətraflı

Məsələnin başqa maraqlı tərəfi isə vaxtilə Mənuçehr Əhədpurun “Az Texnika Ltd” MMC-nin qanuni təmsilçisi olmasıdır. 2014-cü ildə şirkətin qanuni təmsilçisi məhz adıçəkilən iş adamı olub.

“Az Texnika Ltd” MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes subyektlərinin siyahısında rast gəlinir. Yeri gəlmişkən, Mənuçehr Əhədpur Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır.

Cari ayın əvvəlində yerli media Mənuçehr Əhədpurun Dubayda həbs olunduğu barədə məlumat yayıb. Məlumat qarşı tərəfdən təkzib olunmayıb./Qaynarinfo

Xəbər 6283 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +