Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan


17.11.2022  19:30 

Qəzada həlak olanların ailələrinə 16 milyon avro təzminat...





A+  A-

Haaqa məhkəməsi Malayziya “Boeing”inin qəzaya uğraması işi üzrə vətəndaşlar İqor Qirkin, Sergey Dubinski və ukraynalı Leonid Xarçenkoya qiyabi ömürlük həbs cəzası verib. Hakim Hendrik Steenhuis bu barədə hökmü elan edərkən bildirib.

XəzərNews.az xəbər verir ki, məhkəmə Girkinin "DXR-də ən yüksək postu tutduğu və Moskva ilə sıx bağlı olduğu" qənaətinə gəlib. Lakin 2014-cü il iyulun 17-də “Buk”dan atəş açmaq əmrini verib-vermədiyini müəyyən etmək mümkün olmayıb.

Məhkəmə həmçinin müttəhimlərin qəzada həlak olanların ailələrinə 16 milyon avro təzminat ödəməli olduğuna qərar verib.

Rusiya tərəfi iddia edir ki, təyyarəni vuran raket Ukraynanın hava hücumundan müdafiə sistemindən Kiyevin nəzarət etdiyi ərazidən buraxılıb.

Xatırladaq ki, qəza nəticəsində 298 nəfər həlak olub.

Yusif
XəzərNews.az



Xəbər 2459 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +