Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


25.08.2021  12:05 

Rövşən Əkbərovun məhkəməsi təxirə düşdü





A+  A-

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
XəzərNews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan iclasa heyətdəki hakimlərdən biri gəlmədiyi üçün proses təxirə düşüb. Növbəti məhkəmə baxışı sentyabrın 1-nə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 3459 dəfə oxunub.




22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +