Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


01.04.2021  16:27 

Rusiyada terror aktının qarşısı alındı





A+  A-

Tver bölgəsində “İŞİD” terrorçusu tərəfindən hazırlanan terror hücumunun qarşısı alınıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin evində partlayıcı maddələrin sintezi laboratoriyası aşkarlanıb. Onun enerji obyektinə hücum planlaşdırdığı məlum olub.

Terrorçu müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Əməliyyat zamanı təhlükəsizlik işçiləri və mülki şəxslər yaralanmayıb.

Silahlı şəxsin üzərində Rusiya pasportu tapılıb. Axtarış zamanı terrorçunun evində odlu silah və döyüş sursatları, əldəqayırma partlayıcı qurğu və partlayıcı istehsalı üçün komponentlər tapılıb.

Terakta hazırlıqla bağlı cinayət işi başladılıb.

Xəbər 3234 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +