Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


04.03.2021  19:11 

Tələbə köçürmələrinin nəticələri açıqlandı





A+  A-

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 2 721 nəfər müraciət edib. Onlardan 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Xəbər 3814 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +