Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


11.11.2020  16:02 

“Qazaxın işğaldakı kəndləri bu tarixə qədər Azərbaycana qaytarılacaq”





A+  A-

“Razılaşmaya əsasən, bu günədək azad edilməyən torpaqlar, Qarabağın geri qalanı Azərbaycana qaytarılacaq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında bildirib.

“Anlaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər boşaldacaq. Bütün bu ərazilər Azərbaycana qaytarılacaq”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq. Eyni zamanda Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək.

Xəbər 4450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +