Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi


06.02.2020  22:19 

Ermənistan referenduma gedir





A+  A-

Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini seçməyi nəzərdə tutan referendumun keçirilməsi haqda qanun layihəsini qəbul edib.
XəzərNews.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, layihənin lehinə 88, əleyhinə 15 nəfər səs verib. “Çiçəklənən Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib.

Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts jurnalistlərə açıqlamasında referendumun martın sonu aprelin əvvəlində keçirilməsinin nəzərdə tutulduğunu bildirib:

“Referendumun vaxtı prezidentin bu qərarı imzalayacağı vaxtdan asılıdır. Ehtimal ki, bu martın sonundan aprelin 5-dək baş tuta bilər”.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.

Ermənistanın Baş Naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Tovmasyanın üçüncü prezident Serj Sarkisyanın tərəfdarı olduğunu və Konstitusiya mətnini onun maraqlarına uyğun dəyişdiyini iddia edib:

“Sarkisyanla Tovmasyan arasında belə bir razılaşma əldə olunub ki, Tovmasyan ona ölkəyə ömürlük rəhbərlik etməsinə şərait yaradan mətn hazırlamalı və həmin mətn 2035-ci ilədək onu qorumalıdır”.

Xəbər 3365 dəfə oxunub.



18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +