AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir
İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan
Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək
İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı


29.10.2019  13:52 

Daha bir məktəbdə qalmaqallı səsyazısı: “20 manat nə olan şeydir ki, onu vermək istəmirsiniz?”- AUDİO





A+  A-

Daha bir məktəblə bağlı qalmaqallı səsyazısı yayılıb.
Söhbət Nərimanov rayonu, M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdən gedir.

XəzərNews.az-ın məlumatına görə, Cebhe.info-ya daxil olan səsyazmadan aydın olur ki, dil-ədəbiyyat müəllimi və sinif rəhbəri olan Toyzu Mustafayeva valideynlərdən pul tələb edir. Müəllim valideynlərlə təmas qurduğu “votsap” qrupuna səsli mesaj göndərərək, fond, süpürgə, jurnal, təmir və s. üçün pul istəyib. Hətta şagirdləri oğurluqda ittiham edib. Müəllimin səsyazısından bir hissəni təqdim edirik:

“Amma siz də gəlin məni incitməyin də... Axı 20 manat nə olan şeydir ki, siz onu vermək istəmirsiz? Mənim heç kimə borcum yoxdur ki, maaşımı alım və kiminsə uşağının ayağının altını süpürtdürüm. Hər dəfə uşaqlara deyirəm ki, pulu niyə gətirməmisiniz? Onlar da deyir ki, valideynimizə demişik. Sinfin təmizliyi, dəhlizin təmir edilməsi, “katric”in doldurulması, sinif adına alınan qəzet, sinifdə nəsə qırılsa, hamısı valideynlərin hesabına olur. Bunu rəhbərlik də, nazirlik də bilir”.

193 nömrəıli məktəbin direktoru Rahim Hüseynov Cebhe.info-ya açıqlamasında Toyzu Mustafayevanın sinif rəhbərliyindən kənarlaşdığını deyib: "Məsələdən xəbərdar olmuşuq və müəllimi sinif rəhbərliyindən kənarlaşdırmışıq".

Səsyazısının tam versiyasını buradan izləyə bilərsiniz:



Xəbər 4161 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +