Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


22.02.2019  12:56 

Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir





A+  A-

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.
XəzərNews.az xəbər verir ki, Şöhrət Qasımovun Fondun “Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.

Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq.

Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur.

Xəbər 2970 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +