Neft oliqarxı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb
Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı


19.05.2018  15:29 

Vətənə xəyanət edənlər də əfv ərizəsi yazıblar





A+  A-

“Bu ilin fevralından Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başladı və bu həftənin sonunda iclaslara yekun vuruldu. Bu çoxsaylı iclaslar zamanı 1000-dən artıq müraciətə baxıldı. Hər bir müraciətlə bağlı rəy qəbul edildi. Bu rəylər tövsiyə xarakterlidir. Rəylər texniki baxımdan hazırlanaraq cənab prezidentə təqdim olunacaq. Əfv hüququ cənab prezidentin müstəsna səlahiyyətinə daxildir. Ölkə başçısı kimlərin əfv olunacağı ilə bağlı qərar verəcək”.
XəzərNews.az bildirir ki, bunu Moderna.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvünun fikrincə, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tarixi ərəfəsində - 28 mayda imzalana bilər.

“Lakin sərəncamın dəqiq hansı tarixdə imzalanacağı, bu sərəncamın nə qədər məhkuma şamil edilməsi prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə aid olduğu üçün qəti bir fikir söyləmək çətindir”.

Əliməmməd Nuriyev müraciətlərin kimlər tərəfindən edildiyini və hansı təfsilatda olduğunu açıqlamağı doğru saymayıb:

“Bu fərdi məlumatlardır və qanunla qorunur. Əfv Məsələləri Komissiyasının üzvləri kimlərin müraciət etməsi barədə məlumat verməkdə haqlı deyil. Bu, qanunvericilik qaydalarına, etik davranış qaydalarına ziddir.
Amma onu deyə bilərəm ki, Cinayət Məcəlləsində nəzərdə tutulan əksər maddələrlə bağlı məhkum olunmuş şəxslərdən komissiyaya müraciət daxil olub. Sağlamlıq, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət, nəqliyyat sahəsində olan cinayətlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi, vətənə xəyanətlə bağlı və digər kateqoriya üzrə məhkum olunmuş şəxslərdən müraciətlər daxil olub. Amma konkret olaraq kimlərin müraciət etməsi barədə həmin şəxslərin özləri məlumat verə bilər”.

Xəbər 3045 dəfə oxunub.




19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +