Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı


06.02.2025  13:16 

Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər





A+  A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.

Xəzərnews.az xəbər verir ki, Pravda.az-ın məlumatına görə, hazırda bu vəzifəni ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov icra edir.

R.İsmayılov Prezidentin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra qurumda ciddi islahatlara başlayıb. Onun nazir postuna gətiriləcəyi istisna edilmir.

Xatırladaq ki, M.Babayev nazir təyin edildiyi 2018-ci ildən bəri ölkədə ekologiya ilə bağlı narazılıqların sayı xeyli artmışdı. Xüsusilə, nazirin imicini ən çox zədələyən hadisə 2023-cü ildə Gədəbəyin Söyüdlü kəndində yaradılan süni göl səbəbindən kəndlilərin zəhərlənməsi və qaldırılan aksiya idi. Elə həmin vaxt onun nazirliklə vidalaşacağı barədə söyləntilər az deyildi. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Muxtar Babayev barədə bunları demişdi: "İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi", "Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar", "Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır", "Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir", "Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.

Bundan başqa, sabiq nazirin gətirdiyi yeni “qanunlar” dövlət qulluqçularını xeyli narazı salıbmış. “Dövlət qulluğu haqqında” qanuna əsasən, təqvim ilinin sonunda dövlət qulluqçularının xidməti fəaliyyəti onların birbaşa rəhbəri tərəfindən qiymətləndirilməlidir, lakin Babayevin dövründə ETSN Aparatının adi mütəxəssislərindən ibarət komissiya tərəfindən dövlət qulluqçuları üçün imtahan təşkil edilib, qiymətləndirmə də bunun əsasında həyata keçirilib. Qiymətlər yalnız 3-4 əmsalı civarında verilib. Bundan başqa, ETSN və tabeli qurumlarda əksər savadlı, potensiallı gənc işçilərin ekologiya üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirakdan kənarlaşdırıldığı, onların təlim, tədbir və digər bu kimi inkişafyönlü işlərə cəlb edilmədikləri də şikayətlər arasındadır. Babayev bu işlərə yalnız qurumdakı tanışlarını - ətrafını cəlb edib. Muxtar Babayevin adı meşələrin istismar edilməsində, son aylar Azərbaycanda ov mövsümü qapalı olduğu halda ərəblərə “Qırmızı kitab”a düşən quşları ovlamaları ilə bağlı icazə verməsində də hallanırdı. Heç şübhəsiz ki, bütün bunlar onun nazir postu ilə vidalaşmasına səbəb olub.



Xəbər 3011 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +