Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


12.03.2024  10:23 

FHN-Əhaliyə müraciət edib





A+  A-

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da acı nəticələrə gətirib çıxarır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Novruz bayramı ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.

Bildirilir ki, ötən çərşənbə mərasimləri zamanı 3 nəfər uşağın bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması faktları qeydə alınıb.

"Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Xəbər 2448 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +