Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


12.01.2024  10:18 

10-11-ci siniflər ləğv olunur? - Açıqlama





A+  A-

"Biz, həqiqətən də, 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”.

Bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

Bildiyiniz kimi, Azərbaycanın orta məktəblərində kurikulum tədris proqramı tətbiq olunur. Bu proqrama əsasən, orta təhsilin 9-cu sinifinə qədər bütün dərs proqramı tədris olunub bitirilir. 10 və 11-ci siniflərdə isə 5-ci sinifdən etibarən keçilmiş mövzuların daha geniş formada tədrisi nəzərdə tutulur. Bu proses ölkədə kurikulum sistemi tətbiq olunmağa başladığı andan start götürüb.

Belə bir sistemlə dərslərin tədrisi nə qədər effektivdir?

Bu suallar əlaqədar təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında danışıb.

"Ümumiyyətlə, konstitusiyaya və qanunvericiliyə əsasən, icbari təhsil ödənişsizdir. 9 və 11-ci siniflərdən – tam orta və ümumi orta təhsil bazasından biz şagirdləri buraxırıq. Yəni 9-cu sinifi bitirən və attestatını alan şagird təhsil almaq istəmədiyini bildirərək təhsilini dayandıra və məktəbi tərk edə bilər. Bu şəxslər fərqli sahələrə keçid ala bilər, kollecə, peşə məktəblərinə üz tuta bilər və yaxud da, ümumiyyətlə, təhsilinə davam etməyə bilər. Bu nöqteyi nəzərdən biz şagirdi müvafiq sinfə, yəni, 9-cu sinfə qədər müəyyən biliklərlə təmin etməliyik”.

Ekspert bildirib ki, 9-cu sinifi bitirən şəxslərin bütün tədris proqramını mənimsəməsi onların həyatlarında, gələcək karyeralarında olduqca vacibdir. Lakin dərs prosesi zamanı 9-cu sinifə qədər alınmış informasiyalar əhatəli formada deyil, daha lakonik və gündəlik həyatda istifadə ediləcək dərəcədə əhatəlidir.

"Təbii ki, 10 və 11-ci siniflərdə isə digər fənnlərə - fizika, kimya və s. fənnlərlə bağlı daha geniş formada tədris prosesində iştirak edir və həmin fənnləri daha professional səviyyədə mənimsəmiş olur. Tədris proqramının bu formada tətbiq olunması 9 illik prinsipə əsaslanır. 9 illik proqram buraxılış olduğu üçün ilkin informasiyanın verilməsi, həmin sinifə qədər ən azından müəyyən mövzuların tədris olunması əsas mövzulardan biridir”.


Xəbər 2724 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +