4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


27.08.2023  21:38 

Sabir niyə masonların təsirinə düşdü?!





A+  A-

Böyük satirik şairimiz M.Ə.Sabirin yaradıcılığı kimi, həyat və dünyagorüsu də çox mürəkkəb proseslərdən keçib: sirlərlə dolu o hadisələr barədə hələ də tarixi faktlar araşdırırlar. Məsələn, Sabirin kitabını niyə erməniəsilli neftzudalqri maliyyələşdirib?

Birincisi, Çar Rusiyası ilkin olaraq Bakı neftini erməni tacir və fırıldaqçılarına peşkəş etmişdi, böyük pullar hələlik yalnız onlarda idi. Cəmiyyət arasında nüfuzlarını yüksəltmək ücün xeyriyyə cəmiyyətlərini də ilk dəfə onlar yaratmışdı: əsasən özlərinin İran və Türkiyədən qaçqın düşmüş kasıb soydaşları üçün...

Yerli müsəlmanların arasında indiki kimi pərəkəndəlik olduğundan, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-etnik güclərini birləşdirə bilmirdilər.

Əslən Şamaxıdan (orada hələ də bir neçə ərəb kəndi durur: Şamaxı - Sam-əxi/Şam şəhərinin qardaşı, əkizi) olan, satirik şair kimi tarixə duşən şair Şirvaninin şagirdi və sonralar sirri hələ də açılmayan səbəblərdən ona düşmən çevrilən Mirzə Ələkbər Sabir dini baxışlarına görə yarı əhli-sünnə idi. Bakı şiələrinin həyat tərzi - dünyagörüşü ona qıcıq verirdi deyə, şeirlərində sağa da söyürdü, sola da: baxmayaraq ki, yaradıcılığına mərsiyyələrlə başlamışdı...

O, hətta, sonralar neftxudaya çevrilən, böyük xeyriyyəçi və mürəkkəb şəxsiyyət olan, millət atası təxəllüslü Hacı Zeynalabdin Tağıyevi mətbuatda və poetik məclislərdə bizləyirdu. Məhz buna görə də Sabir vərəmə yoluxanda, onun xahişinə gedənlərə Hacı belə cavab vermişdi: hümmətimi söyənə qara qəpik də vermərəm.

Üstəlik, Sabir fitri istedada malik sair olsa da, Molla Nəsrəddin ədəbi məktəbinin əsas simaları kimi həm rus və erməni ziyalılarının, həm də Rusiya masonlarının - Şimal/Sankt-Peterburq lojası ilə əlaqəsi olanların təsiri altında idi.

Maarifçi adı altında fəaliyyət göstərən bu qrupun uzvləri daha sonralar isə babilərin - İran/Təbriz mason lojasının təsirinə düşdülər.. Onu da əlavə edək ki, bu ehtimal əgər həqiqətdirsə, biz iddia etmirik ki, Molla Nəsrəddin bilərəkdən o istiqamətə əyilmişdi.

Əlbəttə, bizim əksər varlılar ancaq ölüm ayağında insaniyyəti yada salırlar, mələyə çevrilirlər, fəqət, Sabir məsələsində yuxarıdakı subyektiv səbəbləri mütləq nəzərə almaq lazımdır. Çar/xristian imperiyasına müsəlmanları və İslamı, eləcə də din adamlarının gözdən salmaq vacib idi ki, sünni və şiə parçalaması salıb hakimiyyətini möhkəmlətsin: bizimkilər də hay-küyə tez uyandılar axı...

Aydın Xan Əbilov

Xəbər 7304 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +